Komandanın ən çox məhsuldar ötürmə edən futbolçusu isə Xulio Sezar Rodriqesdir. Paraqvaylı hücumçu bu mövsüm 4 məhsuldar ötürmə ilə yadda qalıb.

"Sabah" komandasının heyətində 2020/21 mövsümünün ən yaxşıları məlum olub. Matc.az xəbər verir ki, "Sabah"ın bombardiri Ramil Şeydayevdir. 25 yaşlı hücumçu Premyer Liqada 6 qol vurub. 
 
Komandanın ən çox məhsuldar ötürmə edən futbolçusu isə Xulio Sezar Rodriqesdir. Paraqvaylı hücumçu bu mövsüm 4 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Qeyd edək ki, "Sabah" Premyer Liqada mövsümü 5-ci sırada bitirib.
 
Ən çox qol vuran futbolçu – Ramil Şeydayev (6 qol)
 
Ən çox məhsuldar ötürmə verən futbolçu – Xulio Sezar Rodriqes (4 məhsuldar ötürmə)
 
Ən çox oyun keçirən futbolçular – Ramil Şeydayev və Xulio Sezar Rodriqes (25 oyun)
 
Ən çox meydanda olan futbolçu – Amin Seydiyev (1913 dəqiqə)
 
Mövsüm ərzində meydana çıxmış ən gənc futbolçu – Veysəl Rzayev (17 yaş, 11 ay, 8 gün).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest