"Neftçi"nin məşqçisi Vəfadar Quliyev Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Vacib 3 xal qazandıq. Buraya qələbə üçün gəlmişdik və onu da bacardıq. Futbolçularımızın hamısına təşəkkür edirəm. Yusuf Lavalın vurduğu qolu mənimlə qeyd etməsinə gəlincə, uşaqlarla zarafat edirdik. Güya mən hamıya demişəm ki, mənə tərəf gəlsin. Amma belə bir şey olmayıb. Bəlkə də demişəm, yadımdan çıxıb. Səlahət Ağayevlə bir az zarafatımız oldu. Dedi ki, müəllim, bütün komandaya demisiniz? Bəlkə də motivasiya üçün demişəm. Məncə, kim qol vursaydı, qeyd etməyə gələcəkdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest