Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun növbəti iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.
 
Matc.az xəbər verir ki, "Zirə" – "Qəbələ" oyununu Əliyar Ağayev idarə edəcək.
 
"Sabah" – "Qarabağ" oyunu isə Rauf Cabbarova tapşırılıb.
 
Azərbaycan Premyer Liqası
XXVI tur
9 may
 
"Zirə" – "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:00.
 
"Sabah" – "Qarabağ"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Bank Respublika Arena", 20:15 .

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest