"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibi yaxşı təhlil etmişdik. Baxmayaraq ki, itkilərimiz var idi, aparıcı futbolçularımız yox idi. Amma bu oyunda meydana çıxmağa da kifayət qədər hazır futbolçumuz var idi. Futbolçularımı təbrik edirəm. 7-8 aparıcı futbolçumuzun yoxluğunda uğurlu nəticə qazana bildik.
 
- Bəxtiyar Həsənalızadə və Ruslan Abışov tandemi özünü doğrultdu?
- Bizdə zəif çıxış edən futbolçu yoxdur. Bu gün istənilən oyunçu özünü yaxşı tərəfdən göstərdi.
 
- Bəxtiyarın durumu necədir?
- Bəxtiyar 10 gün idi məşqlərə başlamışdı. İndiki zədəsinin nə dərəcədə ağır olduğunu dəqiq deyə bilmərik. Son durumu həkimlərin müayinəsindən sonra bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest