Mahir Emreli Azərbaycan çempionatları tarixinə düşüb. Matc.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu ən sürətli het-trik müəllifi olub.
 
O, Premyer Liqanın 24-cü turunun "Qəbələ" ilə səfər oyununda (5:0) 3 dəqiqəyə üç qol vurub. Mahir 88, 89 və 90-cı dəqiqələrdə fərqlənib.
 
Emreli bununla da Nadir Nəbiyevin 15 il əvvəl imza atdığı rekordu yeniləyib. O, 2005/06 mövsümünün 2006-cı il martın 11-də keçirilən matçında fərqlənib. Nəbiyev "Neftçi"nin MOİK-lə ev görüşündə (4:0) 7 dəqiqəyə (13, 17 və 19-cu dəqiqə) het-trik edib.
 
Qeyd edək ki, 2018/19 mövsümündə iki het-trikə imza atan Mahir Premyer Liqada 3-cü dəfə belə uğurun müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest