Aftandil Hacıyevin yetirmələri səfər matçında 0:1 hesabı ilə uduzub. Bu, 2017/18 mövsümündən Premyer Liqada çıxış edən "Səbail"in 100-cü matçda aldığı 49-cu məğlubiyyət olub. Komandanın aktivində 27 qələbə və 24 heç-heçə var. 83 qol vuran paytaxt təmsilçisi 141 top buraxıb.

"Səbail" Premyer Liqada 100-cü oyununu keçirib.
 
Matc.az xəbər verir ki, yubiley XXIV turun "Keşlə" ilə matçına təsadüf edib.
 
Aftandil Hacıyevin yetirmələri səfər matçında 0:1 hesabı ilə uduzub. Bu, 2017/18 mövsümündən Premyer Liqada çıxış edən "Səbail"in 100-cü matçda aldığı 49-cu məğlubiyyət olub. Komandanın aktivində 27 qələbə və 24 heç-heçə var. 83 qol vuran paytaxt təmsilçisi 141 top buraxıb.
 
Qeyd edək ki, "Səbail"in ilk oyunu 2017-ci il avqustun 13-nə təsadüf edib. "Zirə"nin qonağı olan komanda 1:2 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest