Premyer Liqada XXIV turun "Keşlə" – "Səbail" görüşü formal xarakter daşıyırdı. çünki turnir cədvəlinin son sıralarında qonşu olan komandaların çempionatdan heç bir ümidi qalmayıb. Matc.az xəbər verir ki, bu qarşılaşma yalnız qəsəbə təmsilçilərinə Premyer Liqada uğursuz seriyaya son qoymaq baxımından lazım idi.

Premyer Liqa
XXIV tur
"Keşlə" – "Səbail" – 1:0
Qol: Sezar Meza Kolli, 51
"Keşlə": 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli (11. Silvio Rodriges, 77), 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov (91. Sadio Tonkara, 73), 25. Con Kamara, 10. Sezar Meza Kolli, 99. Rafael Məhərrəmli (14. Turan Vəlizadə, 82)
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 22. Elçin Mustafayev, 71. Emin Quliyev, 79. Bahadur Həziyev, 65. Mehdi Tahirov
Baş məşqçi: Sənan Qurbanov
"Səbail": 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k) (17. Elçin Rəhimli, 61), 34. ürfan Abbasov (20. Ruslan Hacıyev, 61), 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze (7. Mirsayib Abbasov, 82), 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 12. Şahin Zəkiyev, 26. Kamal Qurbanov, 22. Əfran İsmayılov, 9. Florian Kadriu, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
25 aprel. "ASK Arena", tamaşaçısız

Həm "Keşlə", həm də "Səbail"i sülhsevər komanda adlandırmaq olar. çünki hər iki tərəf heç-heçələri sıralamaqla diqqət çəkir. Təsadüfi deyil ki, "Keşlə" son 4, "Səbail" isə 3 matçda rəqibləri ilə heç-heçə edib. Aftandil Hacıyevin yetirmələri buna qədər axırıncı dəfə fevralın 19-da qələbə sevinci yaşamışdısa, Sənan Qurbanov "Keşlə"nin "sükanı arxasında" hələ qalibiyyət görməmişdi. Bu komanda Premyer Liqada son qələbəsini ötən il noyabrın 7-də baş məşqçi postunda Yunis Hüseynov olanda qazanmışdı.

"Səbail"dən fərqli, "Keşlə"nin ölkə kubokundan avrokuboklara vəsiqə şansı hələ də qalır. Bu səbəbdən Sənan Qurbanovun "Zirə" ilə yarımfinal mərhələsinin cavab görüşünü nəzərə alaraq, bəzi futbolçulara istirahət verməsi gözlənilirdi. Ancaq xırda islahatları nəzərə almasaq, elə ciddi dəyişiklik olmamışdı. Ev sahibləri ilə bağlı ən diqqətçəkən məqam komandanın meydana nominal hücumçusuz çıxması idi. İlk baxışdan bu, 4-6-0 kimi görünürdü. Lakin "Keşlə" 4-3-3 sisteminə üstünlük vermişdi ki, Sənan Qurbanov ön xətdə hətta 4 oyunçu saxlayırdı. Vüsal İsgəndərli ilə Nicat Qurbanov vinger funksiyasını icra edirdisə, Sezar Meza Kolli və Rəhman Hacıyev dəyişikli olaraq hücumun mərkəzində yer alırdılar.

"Səbail"də isə taktika ilə bağlı bir yenilik yox idi. Aftandil Hacıyev standart 5-3-2 sxeminə sadiq qalmışdı. Bunun xırdalıqlarına varsaq, epizoda uyğun olaraq 5-4-1 və ya 5-3-1-1 kimi də götürmək olar. çünki ilk dəqiqələrdən komanda əsasən müdafiə futbolu göstərdi, irəlidə Rauf Əliyevin yanında yalnız Hendrik Ekşteyni saxlamışdı.

 

Meydan sahibləri meydanda daha kompakt təsir bağışlayırdı. "Keşlə"nin heyətində Con Kamaranın oyununu xüsusi qeyd etmək lazımdı. Sierra-leoneli yarımmüdafiəçi həm geridən hücum qururdu, həm də rəqibin əks-hücumları zamanı ilk sədd kimi onları qarşılayırdı. Ancaq hücumçunun olmaması qol vəziyyətləri yaratmaq baxımından sıxıntı yaradırdı. çünki irəlidə nə qədər çox oyunçu olsa da, futbolçular bəzən harada qərarlaşmaq lazım olduğunu unudurdular. "Səbail" isə əksinə, ilk dəqiqələrdə hücumda çoxala bilmirdi. Ekşteyn tez-tez geri çəkilərək oyun qurmağa çalışırdı ki, belə məqamda da Rauf Əliyev irəlidə tək qalırdı. Ancaq getdikcə toparlanan qonaqlar irəlidə pressinq etməklə və orta sahədə sıxlıq yaradaraq, rəqibin qapıya yaxınlaşmasına macal vermirdi. Komandaların ifasında düşünülmüş hər hansı bir hücum, demək olar ki, reallaşmırdı. Yalnız cinah asmaları və uzaq məsafədən zərbələrlə nəyəsə nail olmağa çalışırdılar. "Keşlə" ilk yarıda hər iki təhlükəni məhz cinah ötürməsi ilə yaratdı. "Səbail" isə Adil Nağıyevin qısa müddətdə iki cəhdi Stanislav Namaşkonu həyəcanlandırdı.

Birinci hissə ilə müqayisədə ikinci yarı bir qədər sürətli başladı. Bu da tezliklə hesabın açılmasına gətirib çıxardı. ürfan Abbasov meydanın rəqibə aid hissəsində topu itirdikdən sonra mövqeyini tutmaq əvəzinə komanda yoldaşının üstünə qışqırıb yerində dayandı ki, bu da onlara baha başa gəldi. Yaranan əks-hücum zamanı məhz həmin cinahdan ötürmə qolla yekunlaşdı. ürfanın daha bir epizodda eyni səhvi təkrarlaması görünür, baş məşqçini də qəzəbləndirdi. çünki Aftandil Hacıyev meydanda özündənrazı kimi görünən, lakin komandanı tez-tez çətin duruma salan futbolçunu dərhal əvəzlədi. üstəlik, onun yerinə meydana daxil olan Ruslan Hacıyev sağ cinahda komandasına kifayət qədər hərəkətlilik gətirdi.

ümumilikdə ikinci hissə daha baxımlı alındı. Xüsusən də, matç sona yaxınlaşdıqca açıq futbola şahidlik etdik. Nəticədə hər iki komandanın ifasında təhlükəli vəziyyətlər izlədik. Ancaq "Səbail"in imkanları daha çox oldu. Namaşko iki dəfə əla seyvlə komandasını qoldan xilas etdi, bir epizodda isə Ali Siseyin başla zərbəsindən sonra top qapıdan möcüzə sayəsində keçmədi. Bu məqamda Vüsal İsgəndərlinin boş qapıya düşə bilməməsini də xatırlatmaq lazımdı.

Demək olar ki, bərabər səviyyədə keçən görüşdə keyfiyyətli mübarizə olmasa da, komandalar, xüsusən də, ikinci hissədə matçı izləyənləri darıxmağa qoymadı. Minimal hesabla qalib gələn "Keşlə" 5 aylıq qələbə həsrətinə son qoymaqla həm son pillədən qurtuldu, həm də kubokun yarımfinal matçı öncəsi yüksək motivasiya qazandı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest