"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyunun gərgin keçəcəyini gözləyirdik. çünki əbəs yerə buna 6 xallıq matç demirdilər. Amma həqiqətən də iki komandaya da təbrik düşür. Birinci saniyədən sonuncu saniyəyədək meydanda kəskin mübarizə oldu. Hər iki komanda ehtiyatı əldən vermək istəmirdi. Bizim də, rəqibin də qol epizodları oldu. Bir qol matçın taleyini həll edə bilərdi. Qarşılaşmadan razı qaldım, futbolçuları təbrik edirəm. Sıx qrafikdə tempi saxlamaq çətindir. Biz futbolçuarı qorumaq üçün nələrsə edirik. Hər xal bizi yuxarı aparır. çalışacağıq ki, sonadək mübarizə aparaq.
 
Bəzi futbolçulardan çox şey gözləyirik. Bu gün son ötürmələrdə gecikmələr oldu. Bunları daha yaxşı edə bilərdik. Həqiqətən istədiyimiz hücumları gördük. Rəqibi də yaxşı analiz etmişdik. Onlar son 3 matçı tamam başqa cür oynayıblar. Baş məşqçi Rəşad Sadıqov dəyişikliklər etməyi xoşlayır. "Zirə"nin kubok matçına da baxdıq. Orada izlədiklərimizi bu gün meydanda gördük. Rəqibə qarşı düzgün oynamaq önəmlidir".
 
O, ilk hissədə Rəşad Sadıqovla dialoquna da toxunub: "Bu elə də ciddi gərginlik deyildi. Anlaşmazlıq oldu. çünki rəqibin futbolçusu da eyni sözü işlətmişdi. Uzaqda idim və Rəşadın səsini eşitməmişdim. Hakimin hansısa qərarına mən və rəqib baş məşqçi də etiraz edirdi. Bunlar olmasa, çempionatın gözəlliyi olmaz. Hər iki mütəxəssis qələbə qazanmaq istəyir. Biz hər şeyin pərdəsini bilirik. Rəşadla bir-birimizi uşaqlıqdan tanıyırıq. "Dır-dır" oynayanda da mübahisələr olur. Bu, normaldır.
 
üçüncü yer üçün iddiamızı qoruyuruq. Hər iki komandanın qarşıda çətin oyunları var. Onlar da bizim kimi kubokda da mübarizə aparırlar. İkimizin də üçüncü bürünc medal qazanmaq şansı var. Vuruşacağıq. Bu dəqiqə hansısa komandada böyük üstünlük yoxdur. "Zirə" az qol buraxan komandadır. Səhv etmirəmsə, böyükhesablı məğlubiyyəti yalnız "Neftçi" ilə matçda alıb. Bu rəqib komanda şəklində yaxşı müdafiə olunur. 
 
"Sumqayıt"ın qarşısına hansısa hədəf qoyulmayıb. Qarşıma hədəf qoyulsa, mənim də şərtərim olar. Hədəflərdən biri mübariz komanda yaratmaqdır. Bu gün komandamız göz önündədir. Gəncləri yetişdirmək istəyirik və milliyə oyunçular veririk. Hansısa baş məşqçi nəticə istəmədiyini deyirsə, səmimi olmaz. Biz də nəticə və avrokuboka vəsiqə istəyirik. Bəzi klublar avrokuboklara düşə bilmir və ruh düşkünlüyü yaranır. çünki onların büdcələri və şəraiti buna hazırlanıb. Bu gün bürünc medal qazansaq, "Sumqayıt"ın tarixinə düşərik. Kim istəmir ki, tarixə düşsün? Alınmasa, məyus olmayacağıq. İlk "4-lük"də yer almaq da bizim üçün böyük uğur olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest