"Çox utancverici oyun idi. 90 dəqiqənin 30 dəqiqəsi yerdə uzanmaqla keçdi. Bu, bizim futbola yaraşmayan şeydir. Rəqibin qapıçısını illərdir tanıyırlar, amma bir çarə qılmırlar"

"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, Abasov, 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- çox utancverici oyun idi. 90 dəqiqənin 30 dəqiqəsi yerdə uzanmaqla keçdi. Bu, bizim futbola yaraşmayan şeydir. Rəqibin qapıçısını illərdir tanıyırlar, amma bir çarə qılmırlar. ümumilikdə, hamı diqqətli olmalıdır. Hansı oyuna necə referi təyin edirlər, baxmalıdırlar. Necə təzyiqli dönəmdəyik. Bu nədir? Epizodları xırdalamaq istəmirəm. Bayraq götürəcəklər ki, üç "qırmızı" oldu. Bu, nə oyundur? Başa düşürəm, komandanı yerdə uzandırırıq, bunu biz edirik. Biz o günə qoyuruq ki, uzanırlar. Bu, nədir qardaş? Hakimə epizodları göstəririk. Sən tempi qaldırırsan, o biri tempi salır. Bu nədir, qardaş? Yoxsa çıxıb hakimdən danışmalıyıq, epizodları göstərməliyik? Biz tək komandaya qarşı mübarizə aparmırıq. Biz istəyirik ki, biz necə oynayırıqsa, bizə qarşı da elə oynasınlar. Bu bir xal rəqib üçündürsə, bizim üçün də heç nə bitməyib. Mən oyundan yox, ümumi ab-havadan narazıyam. Əvvəl öz oyunçularımıza söz deyirdik, indi hamıya. Hər kəs diqqətli olmalıdır. Həyəcanlı, təzyiqli dönəmlərdəyik. Bu gün Azərbaycan çempionatının nəbzini saxlayan "Neftçi"dir. Biz dayansaq, nəbz də dayanacaq.
 
- özünüzə və komandanıza aid hansı səhvləri qeyd edə bilərsiz? 
- Heç bir səhv yox idi. Oyuna sakit başladıq. Oyun həyəcana girmişdi, son dəqiqələrdə buraxdığımız əks-hücumlar normaldır, olasıdır. Heç bir futbolçuma iradım yoxdur. Oyunun içində də onları sakitləşdirə bilmirdik. Necə qol vurmalıyıq ki, bu, sayılsın? Qolumuz niyə sayılmır? Bu sualın cavabı çox güman ki, sizə də maraqlıdır.
 
- "Neftçi"nin tək komandaya qarşı mübarizə aparmadığınızı deyirsiz. Burada AFFA və hakimləri də nəzərdə tutursuz? 
- Burada AFFA və hakimlərin rolu yoxdur. Nə dediyimi hamınız yaxşı bilirsiz. Bizim üçün çox çətindir. Nəbz "Neftçi" ilə döyünür, bu intriqanı biz saxlayırıq. Bu gün qolumuz sayılmadı. Niyə biz indi növbəti oyuna həyəcanla çıxmalıyıq? Bu vaxta kimi "Sabah"ın digər komandalara qarşı belə oynadığını görməmişik. Vaxtı aparmaqla nə qazanırsız axı?
 
- çempionluğun taleyi son oyuna qalacaq?
- Bunun üçün Yarış iki komanda arasında davam edir. "Sabah"ın qapıçısını ilərdir tanıyırıq. Vaxtı uzadır, ver "qırmızı"nı, rədd elə.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest