"Qəbələ" Premyer Liqada 50-ci dəfə "Qarabağ"la görüşəcək. İndiyədək keçirilən 49 oyunda 10 qələbəsi olan "Qəbələ" 14 dəfə meydanı sülhlə tərk edibsə, 25 dəfə uduzub. Rəqib qapısına 42 dəfə yol tapan "qırmızı-qaralar" 71 top buraxıb.

Bu həftə Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçiriləcək.
 
Matc.az xəbər verir ki, eyni gündə baş tutacaq turun görüşləri aprelin 25-də təşkil olunacaq. "Qəbələ" öz meydanında "Qarabağ"la qarşılaşacaq. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək.
 
Bu matç iki komanda arasında 61-ci duel kimi tarixə düşəcək. Rəqiblər indiyədək 60 dəfə üz-üzə gəlib. Əvvəlki görüşlərdə 12 dəfə qalib gələn "qırmızı-qaralar" 19 qarşılaşmada heç-heçə edib. Digər 29 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran "Qəbələ" öz qapısından 85 top buraxıb.
 
"Qəbələ" Premyer Liqada 50-ci dəfə "Qarabağ"la görüşəcək. İndiyədək keçirilən 49 oyunda 10 qələbəsi olan "Qəbələ" 14 dəfə meydanı sülhlə tərk edibsə, 25 dəfə uduzub. Rəqib qapısına 42 dəfə yol tapan "qırmızı-qaralar" 71 top buraxıb.
 
"Qəbələ" 30-cu dəfə "Qarabağ"ı qəbul edəcək. Bu komanda əvvəlki ev oyunlarında 8 qələbə qazanıb, 10 heç-heçə edib və 11 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 29 top keçirən "Qəbələ" 34 qola üzülüb.
 
Xatırladaq ki, aprelin 25-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" – "Qarabağ" matçı saat 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest