İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi çindən Cənubi Amerika futbolçuları üçün 50 min doza vaksin almağa kömək edib.
 
Matc.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
 
Messi bu yay təşkil olunacaq Amerika kubokundan əvvəl qitənin bütün futbolçularının vaksinləşmə planının həyata keçirilməsində iştirak edir. çinin əczaçılıq firması "Sinovac"la saziş Uruqvay prezidenti Luis Lakal Pounun vasitəçiliyi ilə bağlanıb.
 
Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) mətbuat xidmətinin rəhbəri Qonsalo Belusso Amerika kubokundan əvvəl bütün futbolçuların peyvənd olunmasını istədiklərini bildirib.
 
Amerika kuboku turniri bu ilin iyununda keçirilməlidir.
 
Peyvəndlərin bir hissəsi Argentina Super Liqasında iştirak edən 26 kluba çatdırılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest