"Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

"Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Həyəcanlı qarşılaşma oldu. Çətin səfər matçı idi. Bilmirəm hesaba necə reaksiya verək. Çətin rəqibə qarşı yaxşı futbol alındı. Çoxlu qol epizodları yaratdıq, amma yararlana bilmədik. Axıra kimi döyüşəcəyik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bəzi dəyişiklər etdik, buna səbəb oyunçulardan psixoloji təzyiqi götürmək idi. Mövsümün axırıdır. Bəlkə kimdəsə belə təəssürat yarana bilər ki, komanda ona görə uduzub. Təzyiqi aradan qaldırmaq üçün dəyişiklik etməyə məcburuq".
 
Abasov ötən oyunla müqayisədə 3 dəyişiklik etdiyini diqqətə çatdırıb: "Əlimizdən nə gəlirsə, çalışacağıq ən yaxşısını edək. Futbolçular həqiqətən istəyirdilər və can yandırırdılar. Təəssüflər olsun ki, 3 xal qazana bilmədik. Bəzi epizodlarda riskli oynayırdılar, bu da qalib gəlmək istəyi ilə bağlı idi. 3 xal qazana bilmədik deyə üzülürük. Əlimizi, qolumuzu sallamağa ixtiyarımız yoxdur. İkinci hissədə meydana hücumçu buraxdıq, istədik ki, daha kəsərli olaq. Yusuf Laval bir az yorulmuşdu, ona görə onu əvəzlədik. Hücumlarda və müdafiədə istəniləni vermirdi. Ön xəttdə daha aktiv olmaq üçün Ahmed Ahmedovu oyuna buraxdıq”.
 
Baş məşqçi Yusuf Lavalla problemlərinin olmadığını və yazılan xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb: "Onunla problemimiz yoxdur, bu, gülünc şeydir. Nələrsə yazmalıdırlar ki, kimlərsə, oxusun. Həqiqətən gülməlidir. Deyirəm ki, elə şey yazanları aktyor, rejissor edək, jurnalist, yox. Olmayan şeyi yazıb ictimaiyyətə təqdim edirlər. Yazan sağ olsun, bizi bir az şənləndirdi".
 
Abasov Aqil Məmmədovun yüngül zədəsi olduğunu sözlərinə əlavə edib: "Səlahəti qapıya qoymağımın səbəbi bu deyildi. Bəzi oyunçular bir az təzyiq hiss etməyə başlayıblar, biz də bunu aradan qaldırmağa çalışırıq. Vəziyyət çətindir, bütün oyunçular təzyiq altındadır. "Neftçi"nin hansı azarkeş kütləsinə sahib olduğunu bilirsiniz. Hər səhv təyziqə səbəb olur və futbolçular da bunu eşidirlər. İkinci qola dəqiq baxmalıyam. Qola ətraflı baxandan sonra kimin səhv etdiyini deyə bilərəm".
 
Mütəxəssis Ahmed Ahmedovun oyunu haqqında bunu söyləyib: "Məncə, ondan başqa digər oyunçular da qol epizodlarını boşa verdi. Məşqçilərin işi oyunçuların təzyiqdən aralı tutmaqdır. Bu gün oyunçularımızı itirə bilmərik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest