"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, Quliyev, 1:0 hesabıyla qələbə qazandıqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Qələbə qazandıq. Ağır oyun oldu. Komandada qələbəyə inam yox idi, neçə ay idi qalib gələ bilmirdik. Qələbə həm ağır, həm də şirin oldu. Bu gün meydanda komanda ruhunu, istəyi gördük.
 
- Komandada gəlişinizdən sonra nəyi dəyişdiz?
- Komandada özünəinam yaratmışıq. Əvvəl komandada ruh, özünəinam yox idi. Bacardığımız qədər çalışdıq. Qısa müddətə komandanı hazır etmək olmur. Milli fasiləyə görə komanda şəraitində məşq etmək alınmırdı.
 
- Qarşınıza hansı hədəf qoyulub? 
- Mən burada müvəqqətiyəm, qarşıma hansısa hədəf qoyulmayıb.
 
- Komandanın avrokuboklara çıxmaq şansı var?
- İki-üç qələbə bizə daha yuxarılara aparacaq. Bunlar alınarsa, niyə də olmasın?
 
- Ramil Şeydayev sizin gəlişinizdən sonra əsas heyətdə oynayır. Nə oldu ki, ehtiyatda qalan Ramil yenidən əsas heyətdə yer alır və komandasının qələbə qolunu vurur? 
- Ramil potensial olaraq çox keyfiyyətlidir. Ona inam lazım idi. Bu gün onu sona qədər meydanda saxlamağıma səbəb də bu idi. İnanıram ki, yaxın zamanda yaxşı Ramili görəcəksiz.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest