Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. 

Turun açılış matçında "Səbail" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirib. "ASCO Arena"da baş tutan qarşılaşmada qapılara qol vurulmayıb.
 
Azərbaycan Premyer Liqası
21-ci tur
3 aprel

"Səbail" – "Zirə" 0:0
Bakı. "ASCO Arena". Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rauf Allahverdiyev.
 
Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. ürfan Abbasov, 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 9. Florian Kadriu, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.
 
Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 11. Klesio Bauk, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı, 77. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 5. Kərim Diniyev, 12. Lazar Corceviç, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest