"Qırmızı-qaralar" paytaxt təmsilçisi ilə səfərdə qarşılaşacaq. Bu iki komanda arasında 14-cü matç olacaq. İndiyədək keçirilən 13 oyundan 9-u Premyer Liqa, 4-ü ölkə kuboku çərçivəsində baş tutub. 8 dəfə qalib gələn "Qəbələ" 1 dəfə heç-heçə edib və 4 matçda uduzub.

Bu həftə Azərbaycan Premyer Liqasında 3-cü dövrə başa çatacaq.
 
Matc.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra ilk matçına çıxacaq "Qəbələ" "Sabah"la görüşəcək. 
 
"Qırmızı-qaralar" paytaxt təmsilçisi ilə səfərdə qarşılaşacaq. Bu iki komanda arasında 14-cü matç olacaq. İndiyədək keçirilən 13 oyundan 9-u Premyer Liqa, 4-ü ölkə kuboku çərçivəsində baş tutub. 8 dəfə qalib gələn "Qəbələ" 1 dəfə heç-heçə edib və 4 matçda uduzub. Bu qarşılaşmalarda 17 top vuran "Qəbələ" 13 qol buraxıb. "Qırmızı-qaralar"ın "Sabah"la görüşlərdəki ən məhsuldar oyunçuları Davit Volkovla Klesio Bauk hərəyə 3 qol vurublar.
 
Premyer Liqada komandalar hərəyə 4 qələbə qazanıbsa, bir görüşdə sülh qeydə alınıb. çempionatda 9 qol vuran komanda 11 top buraxıb.
 
"Qəbələ" səfərdəki 7 görüşdə 4 dəfə qaib gəlibsə, 3 dəfə meydan sahibləri üstün olub. Bu oyunlarda top fərqi meydan sahiblərinin xeyrinədir – 9-8.
 
Xatırladaq ki, aprelin 4-də keçiriləcək "Sabah" - "Qəbələ" oyunu saat 17:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest