Futbol üzrə Azərbaycan Premyer Liqasında bu həftə keçiriləcək 21-ci turun görüşləri ilə 3-cü dövrəyə yekun vurulacaq.
 
Matc.az xəbər verir ki, "Zirə" dövrənin son matçını "Səbail"ə qarşı keçirəcək.
 
"Qartallar"ın səfər qarşılaşması iki komanda arasında 14-cü duel olacaq. Premyer Liqa çərçivəsində keçirilən əvvəlki 13 oyunda 7 qələbə qazanan "Zirə" 3 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Rəqib qapısından 17 top keçirən "Zirə" 8 qol buraxıb. 
"Qartallar" səfər matçlarında da üstünlüyə malikdir. Komanda rəqib meydanındakı 7 matçdan beşində qalib gəlibsə, iki dəfə səfərdən xalsız dönüb. Bu görüşlərdə 9 dəfə fərqlənən zirəli futbolçular 3 top buraxıblar.
 
Qeyd edək ki, "Səbail" - "Zirə" matçı aprelin 3-də keçiriləcək. "ASCO Arena"da təşkil olunacaq oyun saat 17:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest