"Qəbələ" - "Zirə" oyununda matçın 29-cu dəqiqəsində "Qəbələ"nin futbolçusu Merab Giqauri "aqresiv hərəkət"ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
"Qəbələ" - "Zirə" oyununda matçın 29-cu dəqiqəsində "Qəbələ"nin futbolçusu Merab Giqauri "aqresiv hərəkət"ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.
 
"Zirə"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
 
"Neftçi" - "Səbail" oyununda "Səbail"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest