"Çox danışmağa ehtiyac yoxdur. İki komandanı müqayisə etsək, hədəflər bəllidir. Bu oyunu 3 hissəyə bölmək lazımdır. İlk yarıda çox yaxşı oynadıq"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Neftçi"yə qarşı  keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"çox danışmağa ehtiyac yoxdur. İki komandanı müqayisə etsək, hədəflər bəllidir. Bu oyunu 3 hissəyə bölmək lazımdır. İlk yarıda çox yaxşı oynadıq. "Neftçi"nin qapısına penalti təyin olunmalı idi. 65-ci dəqiqədən sonra meydanda sadəcə, rəqib vardı. Məni düşündürən məğlubiyyət deyil, son 25 dəqiqədəki oyunumuzdur. "Neftçi" futbolçularının ustalığı özünü göstərdi. Bu günə qədər ən ağır qrafiklə oynayan komanda "Səbail"dir. Qarşıdakı fasilədən maksimum yararlanmağa çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest