27 yaşlı müdafiəçi Ağdam təmsilçisinin 0:2 hesabı ilə geriyə düşməsinə rəğmən, qələbə qazandığını vurğulayıb. Kolumbiyalı oyunçu bildirib ki, meydandan yaxşı nəticə ilə ayrılacaqlarına öncədən də əmin olublar.

"Mən və bütün komanda yoldaşlarım qarşımızda güclü rəqibin olduğunu bilirdik".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Kevin Medina Azərbaycan Premyer Liqasının XIII turunda evdə "Zirə"ni 3:2 hesabı ilə məğlub etdikləri görüş barədə danışarkən deyib.
 
27 yaşlı müdafiəçi Ağdam təmsilçisinin 0:2 hesabı ilə geriyə düşməsinə rəğmən, qələbə qazandığını vurğulayıb. Kolumbiyalı oyunçu bildirib ki, meydandan yaxşı nəticə ilə ayrılacaqlarına öncədən də əmin olublar.
 
Medina baş hakim Rəhim Həsənovun görüşün sonlarında ona qırmızı vərəqə göstərməsindən də danışıb: "Düşünürəm ki, hakim artıq bu epizodu daha yaxşı görmək fürsəti əldə edib. Mən rəqibimə bilərəkdən xəsarət yetirmədim. Onun harada olduğunu bilmirdim. Epizodun təkrarına baxanda pis niyyətimin olmadığı aşkar görünür. Məncə, hakim qırmızı vərəqə göstərməklə, səhv qərar vermişdi".
 
Müdafiəçi klubun qərardan apelyasiya verməyəcəyini, artıq qarşıdakı oyunları fikirləşəcəklərini sözlərinə əlavə edib.
 
Qeyd edək ki, Kevin Medina 90+2-ci dəqiqədə "Zirə"nin yerdə olan futbolçusu Klesio Baukun sinəsini tapdalayıb. Baş hakim Rəhim Həsənov ona birbaşa qırmızı vərəqə göstərib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest