"Tottenhem"in yarımmüdafiəçisi Qaret Beyl "Real"dakı dönəmindən danışıb. Matc.az xəbər verir ki, uelsli futbolçu Madrid klubunda çıxış etdiyi üçün peşman olmadığını bildirib:

"Mənim işim futbol oynamaqdır. Bacardıqca bunu etməyə çalışıram. Kim nə desə də, "Real"ı seçdiyim üçün peşman deyiləm. Mənim haqda nə düşündüklərini bilmirəm. Əsas odur ki, ailəm kim olduğumu bilir. Əlbətdə ki, başqa bir ölkəyə köçdükdən sonra futbol keyfiyyətləri bir yana, insan kimi də böyüdüm. Təbii ki, çox gərgin anlar olurdu. Hər şeyə rəğmən, futbol sevdiyim oyundur. Mümkün qədər maksimumu verməyə çalışıram".

Qeyd edək ki, Beyl 2013-cü ildən "Real"da çıxış edir. O, bu müddət ərzində Madrid təmsilçisində 14 kubok qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest