O, çempionatda 5 qol vurub. İki oyunçumuz - Nikolas Raysel və Rövlan Muradov isə hərəyə 4 dəfə fərqlənib. Volkov ilk dəfə "Qəbələ"nin mövsüm üçün ən məhsuldar oyunçusu olub

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə "Qəbələ"nin 9 futbolçusu rəqib qapısına qol vurub. Matc.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın ən yaxşı bombardiri qış fasiləsində komandadan ayrılan Davit Volkov olub.
 
O, çempionatda 5 qol vurub. İki oyunçumuz – Nikolas Raysel və Rövlan Muradov isə hərəyə 4 dəfə fərqlənib. Volkov ilk dəfə "Qəbələ"nin mövsüm üçün ən məhsuldar oyunçusu olub. ümumiyyətlə, 2006/07 mövsümündən Premyer Liqada çıxış edən "qırmızı-qaralar"ın heyətində hər mövsüm fərqli futbolçu bombardir olub. İki mövsümdə bunu birdən artıq futbolçu bacarıb. 2011/12 və 2012/13 mövsümlərində komandanın iki oyunçusu eyni sayda qol vurub. ümumilikdə, 16 futbolçu mövsümün bombardiri adına yiyələnib.
 
"Qəbələ"nin Premyer Liqada mövsümlər üzrə bombardirləri
 
2006/07. Vüsal Qarayev – 4
 
2007/08. Vitali Balamestnı - 8
 
2008/09. Farzad Hatəmi - 8
 
2009/10. Tomaş Stolpa - 7
 
2010/11. Deon Barton - 9
 
2011/12. Yannik Kamanan, Dodo - 9
 
2012/13. Lurival Rodriges, Viktor Mendi - 6
 
2013/14. Daniel Subotiç- 12
 
2014/15. Cavid Hüseynov - 11
 
2015/16. Aleksey Qay - 10
 
2016/17. Filip Ozobiç - 11
 
2017/18. Baqali Dabo - 13
 
2018/19. Ceyms Adeniyi - 10
 
2019/20. Davit Volkov - 5
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest