20 Aprel 2020, 15:50
FUTBOL
"Tottenhem"in oyunçusu Hın Min Son Premyer Liqada yaranan fasiləni hərbi xidmətdə keçirir. Matc.az xəbər verir ki, 27 yaşlı futbolçunun 3 həftəlik əsgərlik dönəmi başlayıb.
Son Cənubi Koreyada 14 günlük karantin dövrünü tamamladıqdan sonra çedju adasındakı hərbi hissəyə yollanıb. ölkə qanunlara görə, əsgərlik müddəti 21 ay olsa da, Koreyanın Asiya oyunlarını qazanmasında xüsusi əməyi olan Son xidmətdə 3 həftə qalacaq.
"Tottenhem" rəsmiləri futbolçunun mayın ortalarında yenidən Londona qayıdacağını bildiriblər.