"Makedoniya nə Braziliya, nə də Fransadı. Bu liqadakı komandalar arasında elə böyük bir fərq yoxdu".

"Millətlər Liqasında D Liqasının qalibi olacağımıza inanmamaq axmaqlıq olar. Bunun üçün önümüzdə cəmi 2 oyun qalır". Matç.az saytının məlumatına görə, bunu Kosovo yığmasının baş məşqçisi Bernar Şalland deyib.

Azərbaycan millisi ilə birlikdə Millətlər Liqasında eyni qrupda yer alan Kosovo birinci yeri tutaraq, pley-offa vəsiqə əldə edib. Kosovolular final yolunda Makedoniya ilə qarşılaşacaq.

Yerli mətbuata açıqlamasında bununla bağlı fikirlərini bildirən Şalland iddialı danışıb: "Makedoniya nə Braziliya, nə də Fransadı. Bu liqadakı komandalar arasında elə böyük bir fərq yoxdu. Yəni Farer adaları, Malta və Azərbaycanla matçlara necə hazırlaşmışdıqsa, Makedoniya ilə görüşə də o cür yanaşacağıq. üstünlüyümüz ondan ibarətdi ki, hələ vaxtımız çoxdu. İnkişaf etmək, oyun planında daha da irəliləmək üçün bir ildən çox zamanımız olacaq. Hədəfimiz bəllidi, bundan vaz keçmək fikrində deyilik".

Qeyd edək ki, Kosovo yığmamızla Bakıda qolsuz bərabərə qalmış, öz meydanında isə 4:0 hesablı qələbə qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest