2007-ci ildə ardıcıl 4 qələbə ədə edən futbolçularımız rekorda yaxınlaşsa da, nailiyyəti təkrarlaya bilməyib. Komandamız 11 il sonra yenidən rekordun bir addımlığındadı. Bu göstəricinin təkrarlanması üçün isə Millətlər Liqasının D liqasının III qrupunun son turunda qələbə əldə olunmalıdı.

Azərbaycan millisi bu gün Kosovoya qalib gəlsə, 2018-ci ildə 5-ci qələbəsini qazanacaq. Matç.az saytı xəbər verir ki, Qurban Qurbanovun yetirmələri 1 təqvim ilində qazanılan qələbə sayında tarixi nəticəni təkrarlayacaq.

Belə ki, Azərbaycan yığması tarixi ərzində bir ildə 5-dən çox qələbə əldə etməyib. Bu sayda uğurun olduğu yeganə il isə ötən əsrə təsadüf edib.

Millimiz 1998-ci ildə 5 oyunda qalib gəlib. Bu rekord 20 ildi əlçatmaz qalır.

2007-ci ildə ardıcıl 4 qələbə ədə edən futbolçularımız rekorda yaxınlaşsa da, nailiyyəti təkrarlaya bilməyib. Komandamız 11 il sonra yenidən rekordun bir addımlığındadı. Bu göstəricinin təkrarlanması üçün isə Millətlər Liqasının D liqasının III qrupunun son turunda qələbə əldə olunmalıdı.

Qeyd edək ki, yığmamız bu il qazandığı 4 qələbəni 11 oyunda əldə edib. 5-ci qələbə 12-ci matça təsadüf edə bilər. 1998-ci ildə isə millimiz daha az – 10 görüşdə "5"ə çatmışdı. Lakin 20 il əvvəlki 5 qələbədən heç biri rəsmi xarakterli qarşılaşma olmayıbsa, bu il 2 belə uğur var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest