Moldovada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Matc.az xəbər verir ki, Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan futbolçularımız 2:0 hesablı qələbə qazanıblar.
Qolları Amin Qarayev və Ayxan Süleymanlı vurub.
Oktyabrın 25-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.