I divizionda VI turun təqvimi bəlli olub. Matc.az saytının məlumatına görə, qarşılaşmalar oktyabrın 1-də, 3-də və 4-də keçiriləcək.
Turun bütün görüşləri saat 15:30-da başlayacaq. Yalnız "Sumqayıt-2" bu turda istirahət edəcək.
I divizion
VI tur
1 oktyabr (çərşənbə axşamı)
15:30. "Qarabağ-2" – "Neftçi-2"
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)
3 oktyabr (cümə axşamı)
15:30. "Keşlə-2" – "Turan Tovuz"
"AZAL Arena"
15:30. "Ağsu" – MOİK
Ağsu şəhər stadionu
15:30. "Sabah-2" – "Kəpəz"
Binə qəsəbə stadionu
4 oktyabr (cümə)
15:30. "Zaqatala" – "Qaradağ Lökbatan"
Zaqatala şəhər stadionu
15:30. "Zirə-2" – "Səbail-2"
"AZAL Arena"
Qeydlər: "Qarabağ-2" – "Neftçi-2" matçı U-19 millimizin rəsmi oyunlarına görə müraciəti və hər iki komandanın razılığı ilə daha tez tarixə keçirilib. Tovuz şəhər stadionu təmirə bağlandığı üçün I dövrənin oyunu "Keşlə-2" – "Turan Tovuz", II dövrənin görüşü "Turan Tovuz" – "Keşlə-2" matçı kimi nəzərə alınacaq.