İsayev isə ilk rəqibi serbiyalı Miloş Qoluboviçdən 22:10 hesabı ilə üstün olsa da, yarımfinalın bir addımlığında ispaniyalı İvan Qarsiyaya yenilib - 17:19. Nəticədə millinin hər iki üzvü medalsız qalıb.
73 kq çəki dərəcəsində çıxış edən 30 yaşlı idmançı artıq koronavirusdan sağaldığını bildirib: "Yaxşıyam və medal qazanmaq istədiyim dünya çempionatına hazırlaşıram. Hər şey yaxşı olacaq. Növbəti yarışlarda sizinlə görüşməyi səbirsizliklə gözləyirəm".
Digər qadın taekvondoçumuz Patimat Abakarova (49 kq) ilk rəqibi iatliyalı Martina Qorellini (12:6) məğlub edib. Lakin o, növbəti döyüşündə rumıniyalı Liana Musteataya məğlub olub.
Azərbaycan Boks Federasiyası (ABF) Ukraynada SSRİ idman ustası Nikolay Mangerin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin Təşkilat Komitəsinə etiraz məktubu göndərib.
Antalyada Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer arasında görüş keçirilib. Görüşdə Azərbaycanda cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə İJF rəhbərliyinə ətraflı məlumat verilib.
Martın 26-da start götürəcək turnirdə kişilər arasında Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi 81 kq), Aslan Mirzəyev (100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.
Domen sahibinin adı: Əsgərov İxtiyar Kamal oğlu VÖEN: 7302144052 Tel: +994 50 286 01 35, +994 70 286 01 35 E-mail: ixtiyar1973@gmail.com Ünvan: Səbail rayonu, Yeni Salyan Şossesi, 22. Məsul redaktorun adı soyadı: Əsgərov İxtiyar Kamal oğlu.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.