Sabah cüdo üzrə Avropa çempionatına start veriləcək. Matc.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunan yarışda 45 ölkədən 362 idmançı iştirak edəcək.  

Azərbaycan yığmasının Lissabona 13 idmançı ilə qatılacağı açıqlansa da, sonradan bu rəqəm 9-a qədər azaldı. Belə ki, millimizin liderlərindən olan Rüstəm Orucovla Təl-Əvivdə keçirilmiş "Böyük Dəbilqə"nin qalibi Davud Məmmədsoy koronavirus infeksiyasına yoluxduqları üçün bu nüfuzlu turnirdən kənarda qalıb. Aişə Qurbanlı və  Leyla Əliyevanın isə yarışda iştirakı məqsədəuyğun sayılmayıb.   

Beləliklə, millimizin şərəfini Portuqaliyada 9 cüdoçu qoruyacaq. Kişilərin mübarizəsində Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) qüvvəsini sınayacaq. Qadınlarda isə yığmamızın yeganə medal ümidi İrina Kindzerska (78 kq) olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest