Azərbaycan milliləri reytinq turnirində 3-cü yeri tutdu
80 xal toplayan pəhləvanlarımız 29 komanda arasında üçüncü yerə layiq görülüblər. İran (195) birinci, Macarıstan (80) isə ikinci yeri tutub. Yunan-Roma güləşçilərimizdən Taleh Məmmədov (63 kq) qızıl, Nihat Məmmədli (60 kq) gümüş, Murat Lokyayev (97 kq) isə bürünc medala sahib çıxıb.