Bu gün özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb. Matc.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın dörd idmançısı mübarizə aparıb.
 
60 kq
Bu çəkidə iki cüdoçumuz qüvvəsini sınayıb. Əhməd Yusifov 1/16 finalda almaniyalı Moritz Plafki ilə üz-üzə gəlib. Bu rəqibini məğlub edən azərbaycanlı cüdoçu ardınca türkmənistanlı Hakberdi Cumayevi də üstələyib. Lakin Yusifov 1/4 final mərhələsində yerli idmançıdan zəif olub. O, Dostan Ruziyevə uduzub. Cüdoçumuz bunun əvəzini təsəlliverici raundda özbəkistanın digər idmançısı Zamoşari Bekmurodovdan çıxıb. Əhməd həlledici görüşdə gürcüstanlı idmançı Luxum çxvimayaniyə qalib gələrək bürünc medal qazanıb.
 
Bu çəki dərəcəsində digər təmsilçimiz Rövşən Əliyevin mübarizəsi isə uğursuz alınıb. Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz qazaxıstanlı Nurkanat Serikbayevə məğlub olub.
 
66 kq
Bu çəki dərəcəsindəki təmsilçilərimiz - Kamran Süleymanov və Ruslan Paşayev da yalnız bir mərhələ adlamaqla kifayətləniblər. Süleymanov estoniyalı Vilcar Liparda, Paşayev almaniyalı Lennart Slamberqerə qalib gəlib. Lakin onlar 1/8 final səddini aşa bilməyiblər. Kamran Süleymanov fransalı Valid Xyara, Ruslan Paşayev isə braziliyalı Villian Limaya yenilib.
 
Digər iki təmsilçimiz Nəriman Mirzəyevlə Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) mübarizəyə sabah qoşulacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest