Azərbaycan Premyer Liqasında XII turun təqvimi müəyyənləşib. Matc.az xəbər verir ki, oyunlar 3 günü əhatə edəcək. Turun bütün matçları "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.
"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının XI turunun rəmzi komandası müəyyənləşib. Bu mövsüm ilk dəfə siyahıya düşən oyunçular olub. Belə ki, Anar Nəzirov, Yusif Nəbiyev, Ülvi İsgəndərov və Roman Hüseynov ilk dəfə simvolik komandaya düşüb.
Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün 100-cü qolu vurulub. Bu, XI turun "Sabah" - "Sumqayıt" görüşünə təsadüf edib. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son top mövsümdə 100-cü olub.
"Zirə" Azərbaycan Premyer Liqasında 40-cı heç-heçəyə imza atıb. Bu, XI turun "Qarabağ"la səfər görüşündə qeydə alınıb - 1:1. Yubiley bakılıların 131-ci görüşünə təsadüf edib. Komanda keçirdiyi oyunların 30 faizində 1 xal qazanıb.
Bu, komandamız üçün çox vacib oyun idi. Matç çox gərgin alındı. Premyer Liqada ən yaxşı komandaya qarşı yaxşı mübarizə apardıq və lazımi xalı qazandıq. Amma bu mübarizliyi ilk hissəyə şamil etməzdim
Bunu "Qarabağ"ın futbolçusu Xayme Romero evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra jurnalistlərə açıqlamasında deyib
"Tiqrudja, Xulyo zədəlidi. Fasilədə bir neçə futbolçumuz milliyə gedəcək. Ümid edirəm ki, sağlam qayıdacaqlar. Fasilə futbolçularımızın sağalması üçün yaxşı olacaq"
"Bu gün sevindirici haldı ki, hər oyun qol imkanları yarada bilirik, ancaq sonluq çatmır. Bu da futbolçuların ustalığından irəli gəlir. Asan epizodları dəyərləndirə bilmirik, çətini dəyərləndiririk"
"Unutmayın ki, "Neftçi" mənim üçün yeni komandadı. Hələ tam uyğunlaşa bilməmişəm. "Qarabağ"da futbolçularla bir-birimizi yaxşı başa düşürdük. "Neftçi"də isə yeniyəm. Düşünürəm ki, getdikcə hər şey daha yaxşı olacaq".
"Mən futbolçulardan belə oyun gözləmirdim. Sanki arxayınlıq var idi. Dario Frederiko fərdi oyuna meyl etsə də, qol imkanları oldu. Hətta üçüncü qolu da buraxa bilərdik. Çünki müdafiəçilər fərdi səhvlər edirdilər. Oyunçular həftəboyu yaxşı məşq etmişdilər".
Azərbaycan Premyer Liqasının XI turunda "Qəbələ"nin qonağı olan "Səbail" bir futbolçusunu itirib. Komandanın aparıcı hücumçusu Ağabala Ramazanov növbəti turu buraxmalı olacaq. Buna səbəb milli üzvünün qarşılaşmanın ikinci hissəsində sarı vərəqə alması olub.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.