Fatih Terimdən "Neftçi" tapşırığı
"Qalatasaray" komandası UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi matça ciddi hazırlaşır. Matc.az "Fotomac" nəşrinə istinadən xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Fatih Terim sürpriz nəticənin qarşısını almaq üçün köməkçilərinə göstəriş verib.


























