22 Noyabr 2026, 14:14
FUTBOL
ABŞ-nin MLS çempionatının pley-off mərhələsinin ilk mərhələsində keçirilən “İnter Mayami” – “Kolumbus Kryu” matçında (0:3) baş verən qalmaqallı insidentlə bağlı baş hakim Allen Çepmen açıqlama verib.
Matc.az xəbər verir ki, görüşün baş hakimi Lionel Messinin rəqib futbolçu Qonsalo Tapianın üzünə top atmasına baxmayaraq, argentinalı hücumçunu meydandan qovmamasının səbəbini izah edib.
Çepmenin sözlərinə görə, Messinin hərəkəti zamanı tətbiq olunan güc az olub və insident zorakı davranış kateqoriyasına daxil edilməyib.
“The Daily Star” nəşri hakimdən sitat gətirərək yazıb: “İstifadə olunan güc cüzi idi və qayda pozuntusu zorakı davranış səviyyəsinə çatmırdı”.
Qeyd edək ki, hadisə ilk hissəyə əlavə olunmuş dəqiqələrdə baş verib. Messi yan xəttdən topu güclə Tapianın üzünə atıb. Baş hakim insidentdən sonra hər iki futbolçuya sarı vərəqə göstərib.













