22 Noyabr 2026, 12:53
FUTBOL
“Barselona”nın futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasında 15 qola çatan ən gənc oyunçu olmaq şansına malikdir.
Matc.az xəbər verir ki,İspaniya millisinin üzvü bu göstəriciyə çatmaq üçün daha bir qol vurmalıdır.
Belə ki, o, 19 yaş 135 günlüyündə Bakıda "Sabah"a qarşı matçda meydana çıxacaq. Ulduz futbolçu bu qarşılaşmada fərqlənərsə, turnirin tarixinə düşəcək.
Hazırda rekord “Mançester Siti”nin hücumçusu Erlinq Haalanda məxsusdur. Norveçli futbolçu 20 yaş 126 günlüyündə Çempionlar Liqasında 15-ci qolunu vurub.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması saat 21:45-də başlayacaq.













