“Qəbələ”yə gələndə Rossinin zədəsi var idi və uzun müddət məşq etməmişdi. Bu həftə məşqlərə başlayıb. Bu gün də ehtiyatdan meydana çıxdı. Növbəti oyunlarda daha çox şans qazanacaq”.
“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Azərbaycan Premyer Liqasının XII turunda “Şəfa” ilə keçirilən oyun barədə fikirlərini bölüşüb.Matc.az xəbər verir ki, mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
O, komandasının qələbəyə layiq olduğunu bildirib:
“Komandamız 90 dəqiqə ərzində yaxşı oyun nümayiş etdirdi. Əlbəttə, problemlərimiz də var. Amma bu gün qələbəyə layiq olan tərəf biz idik. “Zirə”yə məğlubiyyətdən sonra bu qələbə bizim üçün çox vacib idi”.
Bekiri Kərim Rossinin əvvəlki mövsümlə müqayisədə əsas heyətə düşməkdə çətinlik çəkməsinin səbəbinə də aydınlıq gətirib:
“Qəbələ”yə gələndə Rossinin zədəsi var idi və uzun müddət məşq etməmişdi. Bu həftə məşqlərə başlayıb. Bu gün də ehtiyatdan meydana çıxdı. Növbəti oyunlarda daha çox şans qazanacaq”.
Baş məşqçi qarşıdakı “Şamaxı” və “İmişli” ilə səfər oyunlarında süni örtüklü meydançalarda çıxış etməyin çətin olacağını vurğulayıb:
“Əlbəttə, narahat edir. Çünki süni örtüklü meydançada oynamaq çətindir. Amma başqa seçimimiz yoxdur, orada oynamağa məcburuq. Qəbələdə də süni örtüklü məşq meydançamız var. Ümid edirəm ki, federasiya gələcəkdə bütün meydançaların təbii örtüklü olması ilə bağlı qərar verər. Bu ölkəni və çempionatı çox sevirəm. Bu liqa ən yaxşısına layiqdir. Ona görə də meydançaların keyfiyyətli olması vacibdir”.
Yeton Bekiri komandasının hücumdakı məhsuldarlığından da danışıb. O, “Qəbələ”nin qol sayını artırmaq istiqamətində işlərin davam etdiyini deyib:
“Sizinlə razıyam. Mən bura gələndə komanda 6 oyunda cəmi 2 qol vurmuşdu. Sonra tədricən oyun sistemini dəyişdik və qolların sayı artmağa başladı. Düşünürəm ki, zamanla daha da yaxşı olacağıq”.












_1695560880.jpg)
