Tennis əfsanəsi Rafael Nadal “Real Madrid” klubunun İdarə Heyətinin üzvü seçilib. Matc.az xəbər verir ki,klubun növbədənkənar ümumi yığıncağında keçirilən səsvermədə 1713 nümayəndədən 1704-ü ispaniyalı tennisçinin namizədliyini dəstəkləyib.

Səslərin 99,5 faizini qazanan Nadalın təyinatına cəmi 4 nəfər qarşı çıxıb, 5 nəfər isə bitərəf qalıb. 2011-ci ildən klubun fəxri üzvü olan 22 qat “Böyük Dəbilqə” çempionu yeni vəzifəsində “Real Madrid”in dünya idmanının zirvəsində qalmasına töhfə verməyə çalışacağını bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest