21 Noyabr 2026, 20:20
FUTBOL
Qadın voleybolçuların Super Liqasında III turun son oyunu keçirilib. Matc.az xəbər verir ki, turun son qarşılaşmasında “Murov Az Terminal” klubu doğma meydanda “Gəncə” ilə üz-üzə gəlib.
“Murov Az Terminal” VK-nın idman zalında baş tutan görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Setlərdə 22:25, 25:21, 25:23 və 25:17 hesabları qeydə alınıb.
Beləliklə, Super Liqada III tura yekun vurulub. Növbəti turun oyunları barədə əlavə məlumat veriləcək.












_1695560880.jpg)
