İngiltərə futbolunun tanınmış simalarından Rio Ferdinand “Bavariya” rəhbərliyinin Camal Musiala ilə bağlı açıqlamalarını sərt tənqid edib. Matc.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş müdafiəçisi klubun müşahidə şurasının üzvü Karl-Haynz Rummeniggenin mövqeyini düzgün hesab etməyib. 
 
Mübahisənin mərkəzində Musialanın sağlamlıq vəziyyəti və gələcəyi ilə bağlı müzakirələr dayanır. Ferdinandın fikrincə, klub futbolçunun gələcəyi ilə bağlı məsələləri mətbuat vasitəsilə deyil, birbaşa onun özü və nümayəndələri ilə müzakirə etməlidir. 
 
O, belə açıqlamaların onsuz da çətin dövr keçirən futbolçuya əlavə təzyiq yaratdığını bildirib. İngiltərəli sabiq futbolçu “Bavariya”nın uzun illər nümunəvi klub kimi tanındığını xatırladıb. 
 
Onun sözlərinə görə, indiki davranış bu nüfuza uyğun deyil. Musialanın vəziyyəti ilə bağlı müzakirələrin davam edəcəyi gözlənilir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest