Bu gün Azərbaycan Premyer Liqada daha iki oyun keçiriləcək. Matc.az xəbər verir ki, baş tutan həmin görüşlərdən sonra 12-ci tura yekun vurulacaq.
İlk qarşılaşma Şamaxıda olacaq. “Neftçi” autsayder “Araz-Naxçıvan”la görüşdə növbəti qələbəsini qazanmağa çalışacaq.
Turun son görüşü isə Gəncədə baş tutacaq. Şəhər stadionunda “Kəpəz” “Qarabağ”la üz-üzə gələcək.
Qeyd edək ki, turun əvvəlki görüşlərində “İmişli” – “Zirə” matçında (2:2) qalib müəyyənləşməyib, “Sumqayıt” evdə “Sabah”a (1:5), “Şamaxı” “Turan Tovuz”a (0:2), “Şəfa” “Qəbələ”yə (0:2) uduzub.
Premyer Liqa
12-ci tur
22 noyabr
14:30 “Araz-Naxçıvan” – “Neftçi” - 0:0 (Birinci hissə)
Şamaxı şəhər stadionu. Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev.
“Araz-Naxçıvan”: 1. Artur Auqusto, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 2. Abdulla Rzayev, 27. Boyan Letiç, 6. Patrik Andrade (k), 11. Mohamed Mara, 36. Mamadu Kane, 12. Bruno Franko, 5. Luka Dumançiç, 23. Alberto Fernandes
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli, 13. Qabil Əlizadə, 21. İbrahim Piriyev, 10. Şarl Boli, 19. Abdullah Sudi
Baş məşqçi: Yuri Maksimov
“Neftçi”: 1. Emil Balayev (k), 14. Elvin Bədəlov, 3. Rüfət Abbasov, 5. İqor Ribeyro, 97. Bassala Sambu, 33. Breno Almeyda, 70. Andrey Ştoqrin, 10. Freddi Varqas, 22. Denzel Jubitana, 20. Qustavo Klisman, 88. Viçko Şevel
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 7. Emil Səfərov, 77. Falaye Sako, 6. Sessi D`Almeyda, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 55. Endryu Qravilyon, 29. Lyubomir Tupta, 26. Adeleke Akinyemi, 11. Alen Şkribek, 27. Draqolyub Saviç
Baş məşqçi: Yuri Vernidub
17:00 “Kəpəz” – “Qarabağ”
Gəncə şəhər stadionu. Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev.













