Misirin İsgəndəriyyə şəhərində paracüdo üzrə keçirilən Qran-Pri yarışında Azərbaycan idmançısı İlham Zəkiyev medal qazanıb. Matc.az xəbər verir ki, J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz yarışı bürünc medalla başa vurub.

İlham Zəkiyev 1/8 finalda britaniyalı Dan Englishə qalib gəlsə də, 1/4 finalda moldovalı İan Basokaya məğlub olub.

Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu üstələyən idmançımız bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baglanbek Onalbek üzərində qələbə qazanaraq fəxri kürsüyə yüksəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest