PSJ-nin hücumçusu Usman Dembele zədəsini sağaldaraq komandanın məşqlərinə qayıdıb. Matc.az xəbər verir ki, Baş məşqçi Luis Enrike fransalı futbolçunun və müdafiəçi Markinyosun “Nitsa” ilə oyun üçün hazır olduğunu açıqlayıb. Dembele sonuncu dəfə oktyabrın 20-də “Barselona” ilə matçda meydana çıxmışdı.

Qeyd edək ki, PSJ noyabrın 21-də Liqa 1-in XI turunda “Nitsa” ilə qarşılaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest