22 Noyabr 2026, 11:55
FUTBOL
Avropa futbolunda UEFA-nın idarəçilik sistemi ilə bağlı yeni qalmaqal yaranıb. Matc.az xəbər verir ki, Avropa Klublar İttifaqı (UEC) UEFA-nın Avropa Futbol Klubları təşkilatı (EFC) ilə əməkdaşlıq razılaşmasından Avropa Komissiyasına şikayət edib.
Şikayətdə UEFA-nın EFC-ni klubların yeganə rəsmi nümayəndəsi kimi tanımasının rəqabət qaydalarını poza biləcəyi iddia olunur. UEC hesab edir ki, bu vəziyyət yüzlərlə kiçik və orta klubun qərarların qəbulunda iştirak imkanlarını məhdudlaşdırır.
Məlumata görə, UEFA-nın müvafiq komitəsindəki 20 yerdən 16-sı EFC nümayəndələrinə ayrılıb. EFC 900-dən çox klubu, UEC isə 22 ölkədən 138 klubu təmsil edir. Şikayət Avropa futbolunda böyük klubların və kiçik komandaların maraqları arasında yeni qarşıdurmanın başlanğıcı kimi qiymətləndirilir.













