Cənubi Koreya millisinin baş məşqçisi Xon Myon Bo vəzifəsindən istefa verib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssisin müqavilə müddəti növbəti Asiya Kubokuna qədər nəzərdə tutulsa da, o, komandanın DÇ-2026-dakı uğursuzluğuna görə məsuliyyəti öz üzərinə götürmək qərarına gəlib.
Xatırladaq ki, "Asiya pələngləri" cari dünya çempionatında qrup mərhələsini adlaya bilməyərək turnirlə vidalaşıblar. Xon Myon Bonun yetirmələri turnirə Çexiya üzərindəki qələbə ilə (2:1) başlasalar da, növbəti oyunlarda eyni hesabla Meksika (0:1) və CAR-a (0:1) uduzaraq mübarizəni dayandırıblar.
Qeyd edək ki, bir qədər əvvəl Cənubi Koreya prezidenti Li Çje Myon millinin çıxışından məyus olduğunu bildirmiş və İdman Nazirliyinə uğursuzluğun səbəblərini araşdırmaq üçün təhqiqat aparmaq tapşırığı vermişdi.













