"Opta" analitik portalı 2026-cı il dünya çempionatının qrup mərhələsinin rəmzi komandasını tərtib edib.
"Opta" analitik portalı 2026-cı il dünya çempionatının qrup mərhələsinin rəmzi komandasını tərtib edib.
Matc.az xəbər verir ki, heyətdə aşağıdakı futbolçular yer alıb:
Qapıçı: Vozinya (Kabo-Verde)
Müdafiəçilər: Marven Senaya (Qana), Pau Kubarsi (İspaniya), Diney Borjeş (Kabo-Verde), Keito Nakamura (Yaponiya)
Yarımmüdafiəçilər: Ueston Makkenni (ABŞ), Pedro Vite (Ekvador)
Hücumçular: Lionel Messi (Argentina), Vinisius Junior (Braziliya), Kilian Mbappe (Fransa), Erlinq Haland (Norveç)
Xatırladaq ki, sonuncu dünya çempionu Argentina millisidir. 2022-ci ildə keçirilən turnirin finalında Fransa ilə qarşılaşan cənubi amerikalılar, əsas vaxtı 3:3 hesablı bərabərliklə başa çatan matçın penaltilər seriyasında (4:2) qalib gələrək titula sahib çıxıblar.













