ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin bütün cütlükləri müəyyənləşib.
ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin bütün cütlükləri müəyyənləşib.
Matc.az xəbər verir ki, pley-off mərhələsinə hər qrupdan ilk iki yeri tutan komandalarla yanaşı, qruplarda üçüncü sıranı tamamlayan ən yaxşı 8 kollektiv vəsiqə qazanıb.
1/16 finalda Argentina millisi qrupda üç oyunu da heç-heçə bitirərək növbəti mərhələyə adlayan turnirin sensasiyası Kabo-Verde ilə qarşılaşacaq. Norveç Fil Dişi Sahili ilə, Fransa İsveçlə, İspaniya Avstriya ilə, Əlcəzair isə İsveçrə ilə üz-üzə gələcək.
DÇ-2026-nın 1/16 final mərhələsinin bütün cütlükləri:
28.06 | 23:00 | CAR – Kanada
29.06 | 21:00 | Braziliya – Yaponiya
30.06 | 00:30 | Almaniya – Paraqvay
30.06 | 05:00 | Niderland – Mərakeş
30.06 | 21:00 | Fil Dişi Sahili – Norveç
01.07 | 01:00 | Fransa – İsveç
01.07 | 05:00 | Meksika – Ekvador
01.07 | 20:00 | İngiltərə – Konqo
02.07 | 00:00 | Belçika – Seneqal
02.07 | 04:00 | ABŞ – Bosniya və Herseqovina
02.07 | 23:00 | İspaniya – Avstriya
03.07 | 03:00 | Portuqaliya – Xorvatiya
03.07 | 07:00 | İsveçrə – Əlcəzair
03.07 | 22:00 | Avstraliya – Misir
04.07 | 02:00 | Argentina – Kabo-Verde
04.07 | 05:30 | Kolumbiya – Qana
Qeyd edək ki, dünya çempionatları tarixində ilk dəfə olaraq pley-off mərhələsində eyni anda 32 komanda mübarizə aparacaq. 1986–2022-ci illərdə keçirilən turnirlərdə isə pley-off mərhələsi 16 yığmanın iştirakı ilə start götürürdü. 1/16 finalın ilk matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da CAR və Kanada milliləri arasında keçiriləcək.
1/8 final oyunları 4-7 iyul, 1/4 finallar 9-11 iyul, yarımfinallar isə 14-15 iyul tarixlərində baş tutacaq. İyulun 19-da keçiriləcək turnirin final qarşılaşmasına isə ABŞ-nin İst-Raterford şəhərindəki "Met-Layf" stadionu ev sahibliyi edəcək.













