"Atletiko"nun kapitanı Koke Resurrekyon karyerasını MLS-də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto "Radio Marca"nın efirində məlumat verib.

ABŞ təmsilçisi "Atlanta Yunayted" mümkün keçidi müzakirə etmək üçün artıq 34 yaşlı yarımmüdafiəçinin nümayəndələri ilə əlaqə saxlayıb. Bu transferin reallaşması tamamilə futbolçunun verəcəyi qərardan asılıdır. Corciya ştatının komandası İspaniya millisinin sabiq üzvünü elə bu yay heyətinə qatmaq istəyir.

Koke "Atletiko"nun əsas komandasında 19 sentyabr 2009-cu ildə debüt edib. O, Madrid klubunun heyətində meydana çıxdığı 740 rəsmi matçda 50 qol və 122 məhsuldar ötürmə ilə yaddan qalıb. Təcrübəli oyunçunun hazırkı müqavilə müddəti bu il iyunun 30-da başa çatır.

Qeyd edək ki, "Atlanta Yunayted" hazırda Şərq konfransının turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest