Litvada akademik avarçəkmə üzrə 64-cü dəfə təşkil edilən ənənəvi “Amber Oars” beynəlxalq turnirində Nurlan Paşayev uğurlu çıxışı ilə yadda qalıb.

Matc.az xəbər verir ki, birnəfərlik qayıqda yüngül çəkili idmançıların yarışında mübarizə aparan idmançımız bütün rəqiblərini qabaqlayaraq çempionluq sevinci yaşayıb.

Beləliklə, Azərbaycan yığmasının turnirdə qazandığı ilk medal qızıl əyarlı olub.

Qeyd edək ki, “Amber Oars” beynəlxalq turniri akademik avarçəkmə üzrə ənənəvi və nüfuzlu beynəlxalq yarışlardan hesab olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest