Fransa millisinin sabiq futbolçusu, 1998-ci ilin dünya çempionu Zinəddin Zidan yığmanın hücumçuları Kilian Mbappe və Usman Dembele arasındakı fərq barədə fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, bu barədə "Motivaciones Fútbol" hesabı sosial şəbəkədə məlumat yayıb.

Əfsanəvi fransız hər iki oyunçunun özünəməxsus xüsusiyyətlərə malik olduğunu bildirib: "Mbappe və Dembele iki fərqli oyunçudur. Dembele təvazökar, nizam-intizamlıdır və həmişə məşqçiyə qulaq asır. Müdafiədə çox çalışır, komanda yoldaşlarına kömək edir və hər zaman komandanın maraqlarını üstün tutur.

Mbappe isə daha aqressivdir. O, oyunun taleyini bir neçə saniyəyə dəyişməyə qadirdir. Ona bircə dəqiqə bəs edir ki, təkbaşına matçın taleyini həll etsin. Bir məşqçi kimi, komandaya verdiyi hər şeyə görə Dembele kimi futbolçunu sevirsən. Lakin oyunu tək bir hərəkətlə qazanacaq birinə ehtiyacın varsa, Mbappeni seçirsən. Bax buna görə onların hər ikisi xüsusidir: biri komandanı daha güclü edir, digəri isə bir anda tarixi dəyişə bilir".

Qeyd edək ki, qrup mərhələsinin yekunlarına əsasən Fransa millisi 9 xalla I qrupunun turnir cədvəlinə başçılıq edib. Yığma 2026-cı il dünya çempionatının 1/16 finalında iyulun 1-də İsveçlə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest