Yeni mövsümün hazırlıq məqsədli toplanışını Avstriyada keçirən "Sabah" komandası bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayacaq.
Yeni mövsümün hazırlıq məqsədli toplanışını Avstriyada keçirən "Sabah" komandası bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayacaq.
Matc.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək.
Tirol bölgəsində baş tutacaq sınaq matçının start fiti Bakı vaxtı ilə saat 18:30-da səslənəcək.
Xatırladaq ki, paytaxt təmsilçisi Avstriyadakı ilk yoldaşlıq görüşündə Rumıniyanın "Universitatya Krayova" klubu ilə heç-heçə (1:1) edib. "Bayquşlar" toplanış çərçivəsindəki son oyununu iyulun 2-də Ukraynanın "Polissya" komandasına qarşı keçirəcək.













