"Bavariya" qapıçısı Aleksandr Nyubeli bu yay satmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb.

Münhen klubu Nyubeli hələ 2020-ci ildə Manuel Noyerin potensial varisi kimi transfer etsə də, o, komandada yalnız bir mövsüm keçirib. Qapıçı daha sonra 2 il "Monako"da, ardınca isə 3 mövsüm "Ştuttqart"da icarədə çıxış edib.

Artıq "Bavariya" rəhbərliyi 29 yaşlı qolkiperi birdəfəlik satmaq niyyətindədir. Futbolçuya ilk rəsmi təklif Türkiyənin "Beşiktaş" klubundan gəlib. İstanbul təmsilçisi Nyubel üçün 5 milyon avro və əlavə 5 milyon avro bonus təklif etsə də, Almaniya nəhəngi bu rəqəmlə razılaşmayıb. "Bavariya" oyunçu üçün 20 milyon avro tələb edir.

Qeyd edək ki, mayın sonunda Nyubellə "Mançester Siti" və "Yuventus"un da maraqlandığı barədə məlumatlar yayılmışdı. Təcrübəli qapıçının klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest